Bakı, 5 noyabr, AZƏRTAC
Azərbaycan Alban-udi xristian dini icması son yüz ildə Alban məbədlərinin qriqoryanlaşdırılmasının Ermənistanın dövlət siyasətinə çevrilməsi ilə bağlı Dünya Kilsələr Birliyinə müraciət ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Alban-udi xristian dini icmasının sədri Robert Mobilinin müraciətində deyilir:
“Biz – Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Azərbaycan Alban-udi dini icması Azərbaycanın haqlı mövqeyini daim müdafiə edir, beynəlxalq hüquqla təsbit olunmuş ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində atdığı addımları dəstəkləyir və bu prosesdə yaxından iştirak etdiyimizi bildiririk. Eyni zamanda, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın işğal etdiyi şəhər və kəndlərimizi azad etməsi ölkəmizin ərazi bütövlüyünün yaxın zamanlarda tam təmin olunmasına inamımızı daha da artırır”.
Müraciətdə qeyd olunur ki, Qafqazda xristianlığın rəsmi din kimi strukturlaşmasının tarixi Alban kilsəsindən başlayır. Qədim qaynaqlar təkcə Azərbaycanın deyil, bütün Qafqazın dini-mədəni həyatında silinməz izlər qoymuş Alban kilsəsi xristian dünyasında ən qədim kilsələrdən biri olduğunu sübut edir. Alban kilsəsinin qədimliyini təkcə tarixi faktlar yox, həm də mövcudluğunu dövrümüzə qədər qoruyub saxlamış qədim alban məbədləri təsdiqləyir.
“Təəssüf ki, müxtəlif təzyiq və təsirlərdən sonra 1836-cı ildə Alban Apostol Kilsəsi ləğv edilmiş, onun maddi və mənəvi irsinin bir qisminə erməni qriqoryan kilsəsi sahib çıxmağa çalışmışdır. Nəticədə Azərbaycanda, xüsusilə Qarabağda tarixi alban məbədlərinin böyük bir qismi qriqoryanlaşdırılmış, tarixi abidələrimizlə yanaşı, arxiv materialları və sənədlər saxtalaşdırılmışdır. Alban irsinin, o cümlədən yaşı yüz illərlə, hətta min illərlə ölçülən Alban məbədlərinin qriqoryanlaşdırılması son yüz ildə Ermənistanın dövlət siyasətinə çevrilmişdir. Bunun nəticəsidir ki, indiki Ermənistan ərazisində və Azərbaycanın işğal edilmiş torpaqlarında heç bir alban məbədi saxlanılmamışdır. Ermənistan ya Alban məbədlərinin arxitekturasını dəyişdirərək qriqoryanlaşdırmış, ya da arxitekturasını dəyişdirə bilmədiyi məbədləri dağıtmışdır”, — deyə müraciətdə vurğulanır.
Bildirilir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən və ölkəmizdə vicdan azadlığı tam təmin olunduqdan sonra Alban Apostol Kilsəsinin statusunun bərpası və üzləşdiyimiz ədalətsizliyin aradan qaldırılması üçün tarixi fürsət yaranıb. Udi ziyalılarının təşəbbüsü ilə 2003-cü ildə Alban-udi xristian icması yaradılmış və dövlət qeydiyyatından keçib. İcmanın qeydiyyatı Alban apostol avtokefal kilsəsinin dirçəldilməsi yolunda ilk addımdır.
Müraciətdə daha sonra deyilir: “Azərbaycan hökumətinin dəstəyi ilə Şəki rayonunun Kiş kəndində yerləşən və Qafqazda “kilsələrin anası” hesab olunan apostol Yelisey məbədi bərpa edilmiş, 2006-cı ildə isə udilərin kompakt halda yaşadığı Qəbələ rayonunun Nic qəsəbəsindəki “Çotari” Alban-udi kilsəsinin rəsmi açılışı olmuşdur. Təbii ki, Alban-udi xristian icmasının dirçəldilməsi və alban abidələrinin bərpası tarixi ədalətsizliyin aradan qaldırılması, ölkəmizdəki tolerantlıq mühitinin qorunub saxlanılması baxımından təkcə Azərbaycan deyil, həm də bütün xristian dünyası üçün mühüm əhəmiyyət kəsb edir.
Biz udilər Alban Apostol Kilsəsinin mənəvi varisləri olaraq bu gün Qəbələ və Oğuzdakı alban məbədlərində ibadət etdiyimiz kimi, işğal altındakı Alban kilsələrində, o cümlədən Laçındakı Ağoğlan, Kəlbəcərdəki Gəncəsər, Ağdərədəki Müqəddəs Yelisey və onlarla digər məbədlərdə ibadət edəcəyimiz günləri səbirsizliklə gözləyirik. İnanırıq ki, Azərbaycan dövləti işğal altındakı bütün ərazilərini tezliklə azad edəcək, həmin şəhər və kəndlərdəki alban məbədlərində Alban-udi icmasının üzvlərinə ibadət üçün şərait yaranacaq və bununla da tarixi ədalətsizlik aradan qalxacaqdır.
Eyni zamanda, Azərbaycan xalqının tolerantlığı, Azərbaycan dövlətinin bütün dinlərin nümayəndələrinə olan qayğısı və dəstəyi onu deməyə əsas verir ki, erməni qriqoryan kilsəsinin mənsublarına da humanist münasibət göstəriləcəkdir. Bu hörmətin bariz nümunəsi Bakı şəhərinin mərkəzində yerləşən Azərbaycan hökuməti tərəfindən qorunub-saxlanılmış, restavrasiya olunmuş “Müqəddəs Qriqori” erməni kilsəsidir. Əsrlərboyu erməni qriqoryan kilsəsi təsir və təzyiqlərinə, mənimsəmə və saxtalaşdırmaqla Alban irsinə böyük zərbə vurmasına baxmayaraq, sülh və insanlıq naminə biz də erməni qriqoryan kilsəsi ilə əməkdaşlığa, işğaldan azad edilmiş ərazilərdə birgə yaşamağa hazır olduğumuzu bildiririk”.
Албано-удинская христианская религиозная община распространила заявление о поддержке восстановления территориальной целостности Азербайджана
Баку, 5 ноября, АЗЕРТАДЖ
Албано-удинская христианская религиозная община Азербайджана распространила заявление о поддержке всей деятельности, направленной на восстановление закрепленной международным правом территориальной целостности нашей страны, и тесном участии в этом процессе.
Как сообщает АЗЕРТАДЖ, в заявлении, подписанном председателем Албано-удинской христианской религиозной общины Робертом Мобили, говорится:
«Мы, правопреемники Албанской (Кавказской) независимой апостольской церкви, Албано-удинская христианская религиозная община Азербайджана, поддерживаем всю осуществляемую деятельность по восстановлению территориальной целостности Азербайджана, в соответствии с международным правом и заявляем о своем активном участии в этом процессе. В то же время мы заявляем, что освобождение наших городов и сел от армянской оккупации Вооруженными силами Азербайджана, в среде которого служит и удинская молодежь, воодушевляет нас и повышает нашу уверенность в том, что в ближайшее время территориальная целостность нашей страны будет полностью обеспечена.
Албанская церковь, как первая апостольская церковь на Кавказе, имеет древнюю историю и оставила неизгладимый след в религиозной и культурной жизни не только Азербайджана, но и всего Кавказа. К сожалению, после разного давления и влияния в 1836 году Албанская апостольская церковь была упразднена, и армяно-григорианская церковь попыталась завладеть частью ее духовного и материального наследия. В результате значительная часть исторических албанских храмов в Азербайджане, особенно в Карабахе были арменизированы, а также наши исторические памятники, архивные материалы и документы были либо сфальсифицированы, либо ликвидированы. На протяжении последних ста лет арменизация албанского наследия, в том числе албанских храмов, возраст которых исчисляется сотнями или тысячами лет, стала государственной политикой Армении. В результате на территории нынешней Армении и на оккупированных территориях Азербайджана ни одного албанского храма не сохранилось. Армения либо арменизировала архитектуру албанских храмов, либо разрушила храмы, которые не могли быть изменены.
После восстановления независимости Азербайджана и формирования в нашей стране полноценной основы для свободы совести появилась историческая возможность восстановить статус Албанской апостольской церкви и устранить несправедливость, с которой мы сталкивались. Поэтому, являясь духовными наследниками Албанской апостольской церкви, мы сегодня проводим богослужения в албанских церквях в Габале, Огузе и с нетерпением ждем того дня, когда будем проводить богослужения в албанских церквях на оккупированных территориях — в Агоглане, Лачине, в том числе монастыре Гянджасар Кяльбаджарского, Святом Елисее Агдеринского районах и десятка других храмов. Мы верим, что азербайджанское государство, гуманно относящееся ко всем религиям, в том числе к армяно-григорианской церкви, вскоре освободит все оккупированные территории, создаст все условия для богослужения албанско-удинской общины в албанских храмах этих городах и селах и тем самым устранит историческую несправедливость.
В то же время, несмотря на влияние и давление Армянской григорианской церкви, присвоение и фальсификации албанского наследия на протяжении столетий, во имя мира и гуманности мы заявляем о своей готовности сотрудничать с Армянской григорианской церковью и жить в мире и согласии на освобожденных территориях».
Albanian-Udi Christian religious community of Azerbaijan appeals to World Council of Churches
Baku, November 5, AZERTAC
The Albanian-Udi Christian religious community of Azerbaijan made an appeal to the World Council of Churches on the fact that the Gregorianization of the Albanian temples has become a state policy of Armenia for the last hundred years.
Signed by Chairman of the Albanian-Udi Christian religious community of Azerbaijan Robert Mobili, the appeal reads:
“We, the successors of the Albanian (Caucasian) Independent Apostolic Church, the Azerbaijani Albanian-Udi religious community, support all the activities carried out in Azerbaijan to restore the territorial integrity established by international law, and we express our close participation in this process. At the same time, we declare that the liberation of our Armenian-occupied cities and villages by the Azerbaijani Armed Forces, increases our confidence that the territorial integrity of our country will be fully ensured as soon as possible.
The Albanian Church, as the first apostolic church in the Caucasus, has a long history and has left indelible marks on the religious and cultural life of not only Azerbaijan, but the entire Caucasus. The antiquity of the Albanian Church is not only confirmed historical facts, but also confirms the existence of ancient Albanian temples that have preserved to the present day.
Unfortunately, after various pressures and influences, the Albanian Apostolic Church was abolished in 1836, and the Armenian-Gregorian Church tried to take possession of part of its material and spiritual heritage. As a result, a large part of the historical Albanian temples in Azerbaijan, especially in Karabakh, were Gregorianized, along with our historical monuments, archival materials and documents were falsified. The Gregorianization of the Albanian heritage, including Albanian temples dating back hundreds of years or even thousands of years, has become a state policy of Armenia for the last hundred years. As a result, not a single Albanian temple has been preserved in present-day Armenia or the occupied territories of Azerbaijan. Armenia either Gregorianized the architecture of the Albanian temples or destroyed the temples that could not be changed the architecture.
After the restoration of Azerbaijan’s independence and the formation of a full basis for freedom of conscience in the country there is a historic opportunity to restore the status of the Albanian Apostolic Church and eliminate the injustice we face.
At the initiative of Udi intellectuals , Albanian Udi Christian Community was established and state-registered in 2003. Community registration is the first step in reviving the Albanian Apostolic Autocephalous Church. With the support of the Government of Azerbaijan, the church of the Elysee Temple, located in the village of Kish, Sheki region and considered the «mother of churches» in the Caucasus, was restored. In 2006, Albanian Church «Chotari» was officially opened in the Nij settlement of the Gabala region, that the only place where Udis live compactly and considered their historic Homeland.
Of course, the revival of the Albanian-Udi Christian community and the restoration of Albanian monuments are important not only for Azerbaijan, but also for the whole Christian world in terms of eliminating historical injustice and maintaining the atmosphere of tolerance in our country.
Therefore, as the spiritual heirs of the Udi Albanian Apostolic Church, we worship like today in the Albanian churches in Gabala and Oguz, and look forward to the days when we will worship in the occupied Albanian churches, including Aghoghlan in Lachin, Ganjasar in Kalbajar, Holy Elysee in Aghdara and dozens of other temples. We believe that the Azerbaijani state will soon liberate all its occupied territories and it will create conditions for members of the Albanian-Udi community to worship in Albanian temples in the liberated cities and villages. It will create conditions for members of the Albanian-Udi community to worship in Albanian temples in those cities and villages.
At the same time, the tolerance of the Azerbaijani people, the care and support of the Azerbaijani state for the representatives of all religions gives grounds to say that the members of Armenian-Gregorian Church will be treated humanely. Armenian Church of the St. Gregory that located in the center of Baku, preserved and restored by the Azerbaijani government, is the clear example of this respect.
At the same time, in spite of influence and pressure of the Armenian Gregorian Church, misappropriation and falsification of the Albanian heritage for centuries, we declare our readiness to cooperate with the Armenian Gregorian Church and live together in the liberated territories for peace and humanity.”