Qəbələ rayonunun Nic qəsəbəsində fəaliyyət göstərən Azərbaycan Respublikasının Alban-Udi xristian dini icması üçün ödənişsiz qaydada “Xristianlıq” tədris kursu fəaliyyətə başlayıb.

Kurs Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Alban-Udi xristian dini icmasının birgə təşkilatçılığı ilə həyata keçirilir.