Alban-Udi xristian dini icmasının üzvlərinin 26 iyun — Silahlı Qüvvələr Günü münasibətilə erməni işğalından azad edilən Tərtər rayonunun Suqovuşan qəsəbəsinə ziyarətləri başlayıb.

İcma üzvləri Suqovuşanda olan V əsrə aid olan və ermənilərin 1898-ci ildə bərpa edərək öz məbədi kimi qələmə verdikləri Alban mədəni irsinə aid olan tarixi məkanı ziyarət ediblər.

Kilsədə dini ayin icra edilib.