Alban-Udi Xristian Dini İcmasının üzvləri bu qədim dini ocağıda dini ayin icra edərək, şamlar yandırıb, dualar oxuyublar.
Qum bazilikası — Qax rayonunun Qum kəndi ərazisində yerləşən IV–V əsrlərə aid üçnefli, günbəzli alban məbədi. Qədim Bizans memarlığındakı bazilika (latın dilində basilevs-hökmdar bazilika isə hökmdarın evi mənasını verir) tipində inşa olunduğu üçün elmi ədəbiyyatda Qum bazilikası adlandırılır.