26 fevral 2024-ci il tarixdə Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasının üzvləri Xocavənd rayonunun Hadrut qəs. yerləşən Alban kilsələrinə ziyarət ediblər. Bu kilsələrdə Xocalı faciəsinin 32-ci il dönümü ilə bağlı anım tədbiri keçirildi. Xocalı Şəhidlərinin və cəmi şəhidlərimizin ruhlarına şamlar yandırılıb və dualar edildi. Allah cəmi şəhidlərimizə rəhmət eləsin.