İyulun 10-da Alban-udi xristian dini icmasının təşkilatçılığı ilə Şuşaya səfərdə olublar. İcma üzvləri Şuşa səhəri, Cıdır düzü, Molla Pənah Vaqifin muzey-məqbərə, Yuxarı Gövhər ağa məscidi və Qazançı kilsəsini ziyarət ediblər. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi anılıb, onlara Allahdan rəhmət dilənib, ruhlarına dualar oxunub.

Daha sonra iştirakçılara Şuşada yeni məscidin inşası, dini ibadətgahların tarixi, məruz qaldıqları dağıntılar və aparılan təmir-bərpa işləri barədə məlumat verilib. Azərbaycanın mədəniyyət paytaxtı ilə tanış olub, işğal dövründə tarixi-dini, mədəni abidələrə qarşı törədilən erməni vandalizminin miqyasından təəssüf hissi keçirdiyini bildirib. Şuşa ş., 10.07.2024.