Qərbi Kaspi Universitetində Birləşmiş Ərəb Əmirliklərinin Manara mərkəzinin “Birgə yaşayış işıqları” layihəsi çərçivəsində seminar keçirilib. Tədbirdə alban-udi xristian dini icmasının sədri Robert Mobili “Alban-udi xristian icması Azərbaycan multikulturalizm modelində: Alban kilsəsi, tarix və müasirlik” mövzusunda təqdimat edib.

Seminarda universitetin Qəyyumlar Şurasının sədri Hüseyn Bağırov, müəllim və tələbə heyəti iştirak edib. Tədbir zamanı Robert Mobili alban-udi xristian icmasının tarixindən, Azərbaycanın multikulturalizm modelindəki rolundan və Alban kilsəsinin mədəni-tarixi əhəmiyyətindən danışıb