Fransa Respublikasının Kolmar şəhərinin meri Jilber Meyerin başçılıq etdiyi nümayəndə heyəti Qəbələ rayonunda olmuşlar.

P101044922

    Azərbaycanın Fransadakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin Kolmar şəhərinin meri Jilber Meyerin başçılıq etdiyi nümayəndə heyəti tanışlıq məqsədi ilə Qəbələ rayonunda olmuşlar.  Nümayəndə heyətinə Qəbələ şəhərinin tarixi, rayonda  sosial-iqtisadi inkişaf proqramı çərçivəsində həyata keçirilən müxtəlif layihələrdən və bütün sahələrdə nəzərə çarpan uğurlardan haqqında ətraflı məlumat verilmişdir.

e41bf9b694985bd93d6f26bbadcbc025

   İlk öncə nümayəndə heyəti «Beltmann» piano fabrikində istehsal prosesini yaxından izləmiş, burada istehsal olunmuş məhsulların sərgisinə baxış keçirmişlər. Daha sonra  turizm və istirahət məkanları ilə yaxından tanış olan qonaqlara, buraya dincəlmək üçün gələn insanların şən və mənalı istirahəti üçün yüksək səviyyədə  şərait yaradıldığı diqqətlərinə çatdırılmışdır. Turizm sektoru ilə yaxından maraqlanan  nümayəndə heyəti “Tufan” dağ-xizək yay-qış istirahət kompleksinə də  baxış keçirmişlər. Məlumat verilmişdir ki, inşası aparılan bu sağlamlıq-turizm obyektində turistlərə qış idman növləri ilə məşğul olmaq, eləcə də ilin bütün fəsillərində ora ekskursiya edənlərin istirahəti üçün şərait yaradılacaq. Bildirilmişdir ki, dağ-xizək kompleksinin ərazisində 18 min metr uzunluğunda 10 enmə zolağı inşa ediləcək. Bütün dağ-xizək trassasının enmə zolaqlarının süni qaryaratma sistemi ilə təchiz edilməsi nəzərdə tutulur və bu məqsədilə orada 223 süni qaryaratma qurğusunun yerləşdirilməsi planlaşdırılır. İstirahət mərkəzi gün ərzində üç min nəfərə xidmət göstərmək imkanına malik olacaq. Rayonun tarixi mədəni abidələri ilə də yaxından maraqlanan Jilber Meyerin başçılıq etdiyi nümayəndə heyəti Nic qəsəbəsindəki Alban məbədinə də baxış keçirmişlər. Rayonla tanışlıqdan zövq alan nümayəndə heyəti Qəbələ rayonunun gözəl bir məkan olduğunu bildirmişlər.