Az

Avropa Parlamentində möhtəşəm Azərbaycan sərgisi

   Avropa Parlamentində Heydər Əliyev Fondunun təşəbbüsü ilə hazırlanmış “Azərbaycan – tolerantlıq məkanı” adlı sərginin açılışı olmuşdur. Avropa Xalq Partiyasının deputatı İnes Vaiderenin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə təşkil edilmiş sərgidə məşhur fotoqraf Reza Deqatinin ölkəmizdə dini tolerantlığı əks etdirən fotoşəkilləri nümayiş etdirilir.

Fransa Respublikasının Kolmar şəhərinin meri Jilber Meyerin başçılıq etdiyi nümayəndə heyəti Qəbələ rayonunda olmuşlar.

    Azərbaycanın Fransadakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin Kolmar şəhərinin meri Jilber Meyerin başçılıq etdiyi nümayəndə heyəti tanışlıq məqsədi ilə Qəbələ rayonunda olmuşlar.  Nümayəndə heyətinə Qəbələ şəhərinin tarixi, rayonda  sosial-iqtisadi inkişaf proqramı çərçivəsində həyata keçirilən müxtəlif layihələrdən və bütün sahələrdə nəzərə çarpan uğurlardan haqqında ətraflı məlumat verilmişdir.

Udinlər: “Bizim əlifbamızı, yazılarımızı ermənilər məhv ediblər” . Fuad Hüseynzadə

      Böyük Qafqazın qərb ətəklərində yerləşən və 1500 ildən çox yaşı olan Qəbələni görəndə buranı həyatının ən gözəl çağını yaşayan yeniyetmə insana bənzətdim. Amma Qəbələnin özündə çox olmadım deyə rayon haqqında təəssüratlarım azdır. Mənim əsas işim Qəbələnin Nic kəndində idi. Ona görə çoxdandır, marağında olduğum bu kənd və onun daimi sakinləri udinlər haqqında …

Udinlər: “Bizim əlifbamızı, yazılarımızı ermənilər məhv ediblər” . Fuad Hüseynzadə Читать полностью »

“Alban tarixi gənclərin gözü ilə” adlı sərgi təşkil edib

    “Bakı Gənclər  Klubu” İcimai Birliyi  Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi  “Tariximizi öyrənək, irsimizi qoruyaq!” adlı layihəsi çərçivəsində “Alban tarixi gənclərin gözü ilə” adlı sərgi təşkil edib. Layihənin həyata keçirilməsində məqsəd gənc nəsli Azərbaycan tarixi ilə  daha yaxından tanış etmək və tarixi abidələrimizin qorunmasına diqqəti artırmaqdan ibarətdir.

Udi xalqının “Kala Axsibay” bayramı qeyd edilib

    Alban-Udi Xristian İcması, Qəbələ rayon icra hakimiyyəti və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Qəbələ rayonu Nic kəndi “Cotari” kilsəsinin ərazisində udi xalqının “Kala Axsibay” bayramını qeyd etmişlər.